Ədəbiyyat üzrə Nobel macarıstanlı yazıçıya verildi
10 Oktyabr 2025
Ədəbiyyat üzrə Nobel mükafatını Macarıstan yazıçısı Laslo Krasnaxorkai alacaq.
Bu barədə qurumun "X" hesabında məlumat verilib.
"2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçısı Laslo Krasnaxorkaiyə "onun inandırıcı və uzaqgörən yaradıcılığına görə təqdim olunub, hansı ki, apokaliptik dəhşət içində sənətin gücünü bir daha təsdiqləyir", - deyə məlumatda bildirilib.
