Logo
news content
User
Kateqoriyalar

Xəbər

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar.

Bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmik Qüvvələri komandanının müşaviri Əli Balali məlumat verib.

"Hörmüz" raketi RLS sistemlərinə qarşı mübarizə məqsədilə hazırlanıb və birbaşa radiolokasiya şüalanması mənbələrinə tuşlanmaq qabiliyyətinə malikdir", - deyə İran agentliyi onun bu sözlərini sitat gətirir.

Ə.Balalinin sözlərinə görə, yerli mütəxəssislərin əsas nailiyyətlərindən biri düşmənin radar avadanlıqlarını aşkar edib zərərsizləşdirmək üçün RLS şüalanmasından istifadə edən raketlərin yaradılmasıdır.

O vurğulayıb ki, bu amil İranın raket sənayesinin artıq mövcud texnologiyaların kopiyalanması mərhələsini geridə qoyduğunu və döyüş meydanının tələblərinə uyğun olaraq yeni növ silahlar istehsal edə bildiyini sübut edir.

Qeyd olunur ki, "Fateh" bazasında ərsəyə gətirilən "Hörmüz" raketləri ailəsi 2010-cu illərdə ictimaiyyətə təqdim olunub: "Hörmüz-1" radioşüalanmaya qarşı passiv özütuşlanan başlıqla, "Hörmüz-2" isə aktiv radiolokasiya başlığı ilə təchiz edilib.