Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dənizdə batan vətəndaşı xilas etmək istəyən polis özü də boğuldu

Dənizdə batan şəxsi xilas etmək istəyən polis boğulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18:00 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə həyatını itirib.