DÇ-2026: İspaniya, Portuqaliya və İsveçrə 1/8 finalda
03 İyul 2026
Futbol üzrə dünya çempionatında İspaniya Avstriyanı məğlub edib.
Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar 3:0 hesablı qələbə qazanıblar.
Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.
Futbol üzrə dünya çempionatında Portuqaliya Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb.
Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.
Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geridönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qonsalu Ramuş (90+4) fərqləniblər.
Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.
Futbol üzrə dünya çempionatında İsveçrə Əlcəzairi məğlub edib.
"BC Palace" stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
Brel Embolo (10) və Dan Ndoye (46) fərqlənən futbolçular olublar.