DÇ-2026: Fransa və Meksika milliləri 1/8 finala yüksəliblər
01 İyul 2026
Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib.
Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.
Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.
Qeyd edək ki, bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.
Futbol üzrə dünya çempionatında Meksika Ekvadora qalib gəlib.
Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Xulian Kinones (22) və Raul Ximenez (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.
Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.