Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Braziliya 1/8 finala yüksəlib

Futbol üzrə dünya çempionatında Braziliya Yaponiyanı məğlub edib.

Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan "sambaçılar" Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəyə seviniblər.

Bu qələbənin ardından 1/8 finala yüksələn Braziliyanın növbəti rəqibi Fildişi Sahili - Norveç cütünün qalibi olacaq.