Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Belçika və ABŞ 1/8 finala yüksəlib

Futbol üzrə dünya çempionatında Belçika Seneqala qalib gəlib.

Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 3:2 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Bu səbəbdən hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.

Seneqalın heyətində Habib Diarra (24) və İsmaila Sarr (51) fərqləniblər. Belçika komandasında isə Romelu Lukaku (86) və Yuri Tilemans (89, 120+5-p.) adlarını tabloya yazdırıblar.

Belçika 1/8 finalda ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib.

San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar.

Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.