Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Almaniya və Niderland turniri tərk edir, Paraqvay və Mərakeş növbəti mərhələdə

Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:3) Cənubi Amerika təmsilçisi 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.

Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.

Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) fərqləniblər.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 1/8 finala yüksəlib.

Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.