Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Almaniya böyük hesabla qələbə qazanıb

Futbol üzrə dünya çempionatında Almaniya - Kurasaoya böyük hesabla qalib gəlib.

Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.

Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Havertz (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.

Qeyd edək ki, bu qrupun digər oyunu saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.