Logo
news content
User
Kateqoriyalar

Xəbər

Danışıqlar başa çatdı - müvəqqəti atəşkəslə bağlı razılığa gəlinib

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.

Tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.

Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da Ukrayna və Rusiya nümayəndə heyətlərinin müvəqqəti atəşkəsə dair razılığa gəldiklərini təsdiq edib.

Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.