Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir azərbaycanlı əsgər Ukraynada həlak oldu - FOTO

Daha bir azərbaycanlı Ukraynada şəhid olub.


O, Ukrayna torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə Luqansk vilayəti ilə Xarkov viləyətinin İzyum şəhəri sərhədində həlak olub. Belə ki, hərbi texnikanı idarə edərkən mina partlayıb. Nəticədə, üç döyüş yoldaşı ağır yaralanıb, Ruslan isə həlak olub.

O, 1984-cu ildə Ağdamda doğulub, 1992-dən məcburi köçkün həyatı yaşayıb. Anası ukraynalı olan Ruslanın ailəsi illərdir Xarkovda yaşayır. Ruslan bu gün uğrunda can verdiyi Ukrayna torpağına tapşırılıb.