Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihar edib

Ömürlük həbs cəzasına məhkum edilmiş, "Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri Moskvadakı istintaq təcridxanasında intihar edib.

Bu barədə Rusiya KİV-ləri mənbəyə istinadən məlumat yayıb.

"Yusufzoda Yakubconi Davlatxon Moskvadakı istintaq təcridxanasında intihar edib", - o bildirib.

Qeyd edək ki, "Crocus"dakı terror aktının Yusufzodanın bank kartı vasitəsilə maliyyələşdirildiyi və bundan da xəbərsiz olduğunu bildirib. O, terror aktından qısa müddət sonra "Vnukovo" hava limanına yollanıb, istənilən ölkəyə ən yaxın reysə onun üçün yer bron edilməsini xahiş edib, lakin pasport nəzarətində saxlanılıb.

Bundan əvvəl Rusiya hərbi məhkəməsi "Crocus City Hall" konsert zalındakı terror aktı işi üzrə 19 fiqrantdan 15-ni ömürlük həbs cəzasına məhkum edib və onların arasında Yusufzoda da olub.

Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar.