Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çörək zavodunu da vurdular - 13 ölü

Rus hərbçiləri Kiyev yaxınlığında çörək zavodunu atəşə tutub. Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Makarovda yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib. Nəticədə 13 ukraynalı həlak olub.

Hava hücumu zamanı zavodda 30 nəfər olub. (UNİAN)