Logo
news content
User
Kateqoriyalar

Xəbər

Consondan Ukraynaya daha vacib dəstək: Bu dəfə silah deyil...

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna lideri Vladimir Zelenskiyə Ukraynadan taxıl ixracının bərpasına kömək edəcəyinə söz verib.

Bu barədə iki ölkə rəhbərlərinin telefon danışığı zamanı bildirilib.

Baş nazir Zelenskini əmin edib ki, Britaniya beynəlxalq tərəfdaşlarla, o cümlədən G7 ölkələri ilə ərzaq təchizatı problemi üzərində intensiv işləyir.

Zelenski və Conson təhlükəsiz gəmiçilik marşrutlarının yaradılmasına icazə verməsi ilə bağlı həmrəy olduqlarını vurğulayıblar.

Qeyd edək ki, mayın 30-31-də keçiriləcək Qida sammitində də donanmanın müşayiəti ilə Qara dəniz limanlarından Ukrayna taxılının ixracı imkanları müzakirə ediləcək.