Logo
news content
User
Kateqoriyalar

Xəbər

Conson qayıdır?!

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Baş nazirlik uğrunda mübarizəyə qoşula biləcəyi iddia edilib.

“Teleqraf”da çıxan xəbərdə Consonun istefa verdiyini açıqlayan Liz Trassın yerinə partiya daxilində Baş nazirlik yarışına qatılacağı bildirilib.

Hazırda Dominikan Respublikasında istirahətdə olan Conson bu haqda rəsmi açıqlama verməyib.

Maraqlıdır ki, 1,5 ay əvvəl bəzi partiya üzvlərinin təzyiqi ilə Baş nazir postunu tərk edən Conson hazırda reytinqdə ən şanslı namizəddir.

Qeyd edək ki, Boris Conson iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.