Çolpan-Ata "qonaqlığı"ndan Brüssel “döyüş”ünə...
30 Avqust 2022
Azərbaycan Ordusu Laçın şəhərinə daxil olan gün - avqustun 26-da Azərbaycanın Baş naziri Əli Əsədovun qonaq qismində Qırğızıstanın Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməsi rezonans doğurdu. Çünki tədbirdən yayılan rəsmi fotoda Nazirlər Kabinetinin rəhbəri heç də qonağa bənzəmirdi, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin (Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarus) təmsilçiləri ilə bərabər dövlət bayrağının yanında dayanmışdı. İclasın başqa bir qonağı - Özbəkistanın Baş naziri də eyni qaydada, həmkarları ilə bir sırada dayanmışdı.
Cəmiyyətdə dərhal müzakirələr başladı ki, Əli Əsədovun bu toplantıda iştirakı nədən xəbər verir? Azərbaycan Ukrayna ilə müharibə səbəbindən Qərbin əzici sanksiyalarına məruz qalmış, dünyadan təcrid olunmaqda olan Rusiyanın orbitinəmi qayıdır? Yoxsa, Qarabağda "növbədənkənar" irəliləyişlərimizə görə bədəl ödəyirik?
Avrasiya İqtisadi Birliyi Kremlin postsovet məkanında yaratdığı siyasi və iqtisadi əməkdaşlıq təşkilatıdır. Əsas fəaliyyəti təşkilata daxil olan ölkələrin ümumi xarici gömrük sərhədlərinin formalaşdırılması, vahid xarici iqtisadi siyasət, tariflər, qiymətlər və ümumi bazarın fəaliyyətinin digər tərkib hissələrinin hazırlanması ilə bağlıdır. Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan və Tacikistan təşkilatın tərkibinə daxildir. Qərb ekspertləri və siyasətçiləri bu layihəni Rusiyanın postsovet məkanında keçmiş SSRİ-ni bərpa etmək, yaxud bölgədə nüfuz dairəsini möhkəmləndirmək siyasətinin bir hissəsi hesab edirlər.
Əli Əsədov təbirdə çıxış edərək deyib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak edir. O, daha sonra Azərbaycanın uğurlu inkişafından söhbət açıb, statistik rəqəmləri həmkarları ilə bölüşüb.
Hökumət başçısı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğunu vurğulayıb:
"Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır. Qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminik..."
Qısaca qeyd edək ki, Əli Əsədov AİB üzvlərinə təklif edib ki, yaxşı nəqliyyat, logistika imkanlarımız var, buyurun, istifadə edin, hər cür şərait yaratmağa hazırıq.
Amma bu, Bakıda Şimala ünvanlanmış yeganə reverans deyildi. Məlum oldu ki, Azərbaycan hərbçiləri sentyabrın 1-7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında bir sıra poliqonlarda, eləcə də Yaponiya dənizində keçiriləcək “Vostok-2022” strateji komanda-qərargah təlimlərdə iştirak edəcəklər. Bu təlimlərin mahiyyəti Rusiya və tərəfdaş ölkələrin Silahlı Qüvvələrinin birgə praktiki fəaliyyətidir.
Rusiya Müdafiə Nazirliyinin avqustun 29-da yaydığı məlumatda deyilir ki, artıq xarici hərbi kontingentlər Rusiyanın Primorsk diyarındakı Sergeyevsk poliqonuna gəlib. Bunlar KTMT ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və tərəfdaş ölkələrin hərbiçiləridir: Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya, Tacikistandan olan hərbçilər və müşahidəçilərdir.
“Vostok-2022” təlimlərində ümumilikdə 50 mindən çox hərbi qulluqçu, 5 mindən çox silah və hərbi texnika, 140 təyyarə, 60 hərbi gəmi və kater iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu təlimlərə hərbçilərinin göndərilməsi barədə məlumat verməyib. Çox güman, Bakının nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edirlər, çünki Azərbaycan KTMT və ŞƏT-in üzvü deyil.
Şübhəsiz ki, rəsmi Bakının bu addımları hökumətlərarası müzakirələrdə xeyli əvvəldən razılaşdırılır və illik qrafikə salınır. Nəzərə alaq ki, 6 ay əvvəl - fevralın 22-də Moskvada qəbul edilmiş Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik və birgə fəaliyyət haqqında Bəyannamə qüvvədədir. Hər iki ölkənin qanunverici orqanları bu sənədi ratfikasiya etməyə ehtiyac duymasalar da qarşılıqlı müzakirələrdə əsas istinad mənbəyinə çevrilib.
İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı ölkələrin sammitində Rusiya prezidenti Vladimir Putinin dediyi bəzi fikirlər diqqətdən qaçmamışdı. Azərbaycanlı həmkarı ilə görüşdən sonra Putin jurnalistlərə bildirmişdi ki, İlham Əliyevdən cazibədar təkliflər alıb. O əlavə etmişdi ki, yaxın zamanlarda Rusiya Baş naziri Mixail Mişustinin və Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Bakıya səfərləri nəzərdə tutulub. Rusiya rəsmilərindən əvvəl Ukraynada işğalçı müharibənin simvolu sayılan "Z" işarəli hərbi gəmilər hərbi oyunlar çərçivəsində Bakı buxtasına yan almışdı və bu görüntülər Azərbaycan cəmiyyətində suallara və tənqidlərə yol açmışdı.
Bəzi ekspertlərin qənaətinə görə, Rusiya və Azərbaycan arasında qeyd olunan bu yaxınlaşma elementləri hansısa razılaşmadan xəbər verir. Çünki avqustun 4-də Laçında həyata keçirilən "Qisas" əməliyyatı, ondan qısa müddət sonra Laçın dəhlizinin Azərbaycana təhvil verilməsi, Laçın şəhərinin, ətraf kəndlərin tələsik boşaldılması, alternativ yolun işə salınması təsadüfi deyil. Bundan başqa, sülhməramlıların komandanı general Volkov yerli erməni icması ilə keçirdiyi toplantıya Rusiya ilə yanaşı Azərbaycan və Ermənistanın bayraqlarını qoyması da müsbət işarələrdən biri hesab olunur. Bütün bu prosesdə Ermənistan yoxdur, Qarabağdakı separatçı qruplaşmanın etirazlarına isə məhəl qoyulmur. Ekspertlər güman edirlər ki, Qarabağın digər ərazilərinin Azərbaycanın suverenliyinə mərhələ-mərhələ qaytarılması müqabilində Rusiyanın bəzi şərtləri yerinə yetirilə bilər. Söhbət sülhməramlıların mandatının Bakı tərəfindən təsdiq olunması, onlara de-fakto hərbi baza statusunun verilməsi, Azərbaycanın tədricən Kremlin postsovet məkanındakı inteqrasiya layihələrində iştirakı ola bilər.
Müşahidəçilər ona da diqqət çəkirlər ki, Azərbaycan ötən ay Avropa ittifaqı ilə Strateji enerji sazişi imzaladı və Moskvadan hər hansı təpki ilə üzləşmədi. Habelə Rusiya tərəfindən cəzalandırılan Qazaxıstanın neftinin bir hissəsinin BTC ilə Avropa bazarlarına nəql edilməsi də Kremldə qıcıq doğurmur.
Qarşıda isə (31 avqust) Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək növbəti Əliyev-Paşinyan görüşü var. Şarl Mişelin vasitəçilik etdiyi növbəti görüşdə tərəflər sülh müqaviləsi üzrə prioritetləri razılaşdıra bilərlər. Bu görüş ərəfəsində V.Putin Paşinyanla telefonda danışıb və 10 noyabrda qəbul edilmiş üçtərəfli sənədin icrasını müzakirə edib. Kremldən Bakıya isə hələ ki, zəng gəlməyib...
Turqut