Logo
news content
User
Kateqoriyalar

Xəbər

Co Bayden və oğluna Rusiyaya giriş qadağan edildi - ÖMÜRLÜK


  • Rusiya Xarici İşlər Nazirliyi (XİN) daimi olaraq ölkəyə girişi qadağan edilmiş və şəxsi sanksiyalar tətbiq edilən 963 ABŞ vətəndaşının siyahısını dərc edib.


Siyahıda ABŞ prezidenti Co Bayden və onun oğlu Hanter də var.

Həmçinin siyahıya Konqres və Senatın demək olar ki, tamhüquqlu üzvlərinin, o cümlədən Pentaqonun rəhbəri Loyd Ostinin də adı salınıb.

Bundan başqa “Blackwater” PMC-nin yaradıcısı Erik Prins, Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki, Dövlət Departamentinin sözçüsü Ned Prays “qara siyahı”ya salınıb.

Qeyd edək ki, Rusiya XİN bu gün baş nazir Castin Trüdonun da olduğu Kanada üçün oxşar siyahı dərc edib.