Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çindən Baydenə sərt təpki: “Sözlərinizə diqqət edin”

“Lazım gələrsə, Tayvanı hərbi yolla müdafiə etməyə hazırıq”.

TASS xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

“Bəli, bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir”, deyə Bayden əlavə edib.

O, ABŞ-ın Çinin siyasəti ilə razılaşdığını, lakin adanın statusunun zorla dəyişdirilməsi ideyasının tamamilə qəbuledilməz olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyi öz növbəsində, bu bəyanatla əlaqədar ABŞ-ı sözlərinə diqqət yetirməyə çağırıb.