"Çevik" ləqəbli tiktoker həbs olunub
14 Sentyabr 2026
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan edilib.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər.
Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov "TikTok" sosial şəbəkəsində canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər söyləyib.