Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqasının formatı dəyişir

2024/25 mövsümündən etibarən Çempionlar Liqasının formatı dəyişəcək.

“Sky Sports”un məlumatına görə, UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yarışın formatında yeni dəyişikliklər təsdiqlənib.

İslahatlar çərçivəsində əsas dəyişiklik hazırkı formada olan 32 komandadan ibarət qrup mərhələsinin ləğv edilməsidir. 2024/25 mövsümündən etibarən qrup mərhələsi əvəzinə 36 klubdan ibarət vahid liqa olacaq.