Çempionlar Liqasının 2028 və 2029-cu illərdə final matçlarının keçiriləcəyi şəhərlər açıqlandı
15 Sentyabr 2026
UEFA İcraiyyə Komitəsi avrokubokların növbəti mövsümlərdəki final matçlarına ev sahibliyi edəcək stadionları müəyyənləşdirib.
UEFA-nın mətbuat xidməti xəbər verir ki, müvafiq qərarlar qurumun Yunanıstanın Saloniki şəhərində təşkil olunan iclasında qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2028-ci il finalı Almaniyanın Münhen şəhərindəki "Münhen Arena"da, 2029-cu il finalı isə İspaniyanın Barselona şəhərindəki "Kamp Nou" stadionunda keçiriləcək.
Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il həlledici matçına Fransanın Lion-Desin şəhərindəki "Park Olimpik Lionne", 2029-cu il finalına isə Uelsin Kardiff şəhərindəki "Milli Stadion" ev sahibliyi edəcək.
UEFA Avropa Liqasının 2028-ci il final qarşılaşması Rumıniyanın Buxarest şəhərindəki "Milli Arena"da, 2029-cu il finalı isə Serbiyanın Belqrad şəhərindəki "Milli Stadion"da təşkil olunacaq.
UEFA Konfrans Liqasında 2028-ci ilin qalibi İtaliyanın Turin şəhərindəki "Yuventus Stadionu"nda, 2029-cu ilin çempionu isə Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena"da bəlli olacaq.
UEFA Superkuboku uğrunda matç 2027-ci ildə Niderlandın Amsterdam şəhərindəki "Yohan Kroyf Arena"da, 2028-ci ildə isə Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçiriləcək.
Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi İsveçrənin "Biel/Bienne Arena" idman kompleksində baş tutacaq.
İcraiyyə Komitəsi həmçinin 2026/2027 mövsümü UEFA Millətlər Liqasının pley-off sistemində dəyişiklikləri təsdiqləyib. Bu addım 2028/2029 mövsümündən etibarən turnirin dörd əvəzinə üç liqadan ibarət olmasını nəzərdə tutan yeni konseptə səlis keçidi təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 7-də Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.