Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqasına buraxılan bütün komandalar

2022-2023 mövsümündə UEFA Çempionlar Liqasına buraxılan bütün komandaların siyahısını təqdim edir:

İlkin mərhələ (21-24 iyun)

İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya”, Andorradan “İnter”, San Marinodan “La Fiorita”.

Birinci mərhələ (5-13 iyul)

Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Polşadan “Lex”, Sloveniyadan “Maribor”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Lüksemburqdan “Düdelanj”, Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Ermənistandan “Pünik”, Latviyadan RFS, Albaniyadan “Tirana”, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Kosovodan “Balkani”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents”.

İkinci mərhələ (19-27 iyul)

Liqalar yolu ilə Ukraynadan “Dinamo”, Türkiyədən “Fənərbaxça”, Danimarkadan “Midtülland”, Kiprdən AEK, çempionlar yolu ilə Çexiyadan “Viktoriya”, Xorvatiyadan “Dinamo”, İsveçrədən “Sürix”, Yunanıstandan “Olimpiakos”, İsraildən “Makkabi” (Hayfa).

Üçüncü mərhələ (2-9 avqust)

Liqalar yolu ilə Fransadan “Monako”, Portuqaliyadan “Benfika”, Niderlanddan PSV, Belçikadan “Union”, Avstriyadan “Şturm”, Şotlandiyadan “Reyncers”, çempionlar yolu ilə Kiprdən “Apollon”, Serbiyadan “Srvena Zvezda”.

Dördüncü mərhələ (16-24 avqust)

Türkiyədən “Trabzonspor”, Danimarkadan “Kopenhagen”.

Qrup mərhələsi (6 sentyabr-2 noyabr)

İngiltərədən “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem”, İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leypsiq”, “Ayntraxt” (Frankfurt), Fransadan PSJ, “Marsel”, Portuqaliyadan “Portu”, “Sportinq”, Niderlanddan “Ayaks”, Belçikadan “Brügge”, Avstriyadan “Zalsburq”, Şotlandiyadan “Seltik”, Ukraynadan “Şaxtyor”.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.