Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cəmi 480 min nəfər artım - Çin "kiçilir"?

1,4 milyarddan çox əhalisi olan Çin dünya əhalisinin altıda birindən çoxunu təşkil edir.

Ölkə əhalisi son 40 il ərzində 660 milyondan 1,4 milyarda qədər artıb. Lakin uzun müddət ərzində ilk dəfədir ki, Çinin əhalisi azalır.

Qeyd edək ki, Çinin əhalisi sonuncu dəfə 60 il əvvəl, 1959-1961-ci illərdəki böyük aclıq zamanı azalıb. Çinin Milli Statistika Bürosunun son hesabatına görə, 2021-ci ildə ölkə əhalisi cəmi 480 min nəfər artıb. Bu, on il əvvəl ümumilikdə səkkiz milyon illik artımla müqayisədə aşağı rekord göstəricidir.