Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cəhənnəmə xoş gəlmisiz! - Rusiya Xarkovda ciddi itkilər verərək geri çəkildi

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiya ordusunun ötən gün axşam saatlarından başlayaraq Xarkov şəhərinə havadan və qurudan başlatdığı şiddətli hücumların nəticəsi barədə məlumat verib. Vilayət rəhbəri özünün Facebook səhifəsində bildirib ki, martın 1-də günün ikinci yarısından başlayaraq Rusiya ordusu Xarkovu intensiv olaraq artilleriyadan, aviasiyadan və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.

“Bütün hücumlar dəf edilib, düşmən ağır itkilər verib, təkcə zirehli texnika itkisi 40-dan çoxdur, mövqelər əldə saxlanılıb”, - Sinequbov bildirib.

Vilayət rəhbəri onu da qeyd edib ki, Ukrayna qüvvələri düşmənin diversiya-kəşfiyyat dəstələri ilə döyüşə girib, diversantlar şəhərdən çıxmağa çalışarkən hərbi hospitala hücum ediblər. “Bütün diversiya-kəşfiyyat qrupları məhv edilib. Bir düşmən təyyarəsi vurulub, pilot katapult edib, ancaq yerdə özünü güllələyib”, - o bildirib.

Rusiya ordusunun hücumu nəticəsində Xarkovda böyük dağıntılar var, dinc əhali arasında çoxsaylı ölənlərin olduğu təxmin edilir.