Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu tarixdən Azərbaycanda orta və ali məktəblərdə əyani təhsil başlayacaq

Azərbaycanda təhsil əyani formaya qayıdır.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.