Bu il 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb
17 Sentyabr 2026
Bu ilin yanvar-iyul aylarında 22 min 130 nikaha daxilolma və 11 min 678 boşanma qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2) qalıb.