Brüssel prosesi pozulur: görüş niyə baş tutmadı?
28 İyun 2022
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam keçirdiyi onlayn mətbuat konfransında Azərbaycana qarşı ittihamlar səsləndirib. O bildirib ki, Azərbaycan Ermənistana və "Dağlıq Qarabağ”a qarşı yeni müharibəyə legitimlik qazandırmaq üçün sülh sazişi, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional kommunikasiyaların açılması məsələləri ilə bağlı görüşləri daim gecikdirir, təxirə salır və ya rədd edir. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu gün də Brüsseldə baş tutmalı olan görüşdən imtina edib. Azərbaycan açıq şəkildə Ermənistanla dialoqdan imtina edir.
Paşinyan iddia edib ki, Azərbaycan yeni müharibəyə hazırlaşır və bu müharibə qaçılmaz görünür:
"Ermənistan təklif edir ki, dəmir yolu tikintisi ilə bağlı sənədi Azərbaycan imzalasın. Bu, Ermənistanın maliyyə xərclərini sığortalamaq üçündür, lakin Azərbaycan bundan imtina edir. Azərbaycan tərəfi Ermənistanla xarici işlər nazirləri səviyyəsində görüş təklifinə də cavab verməyib. Azərbaycan məsələni elə həll etməyə çalışır ki, Ermənistan blokadada qalmaqda davam etsin".
Bu gün isə tanınmış erməni politoloq Stepan Qriqoryan iddia edib ki, Azərbaycan “Dağlıq Qarabağ” və Ermənistana yeni hücumunu legitimləşdirmək istəyir. Qriqoryanın fikrincə, belə situasiyada hətta Ermənistan işğal oluna bilər. Politoloq qeyd edib ki, hazırda regionun böyük oyunçuları arasında münasibətlər gərgin olaraq qalır və belə vəziyyətdə kiçik oyunçular böyük təhlükə ilə üzləşə bilər:
“Müharibədən sonra beynəlxalq birliyin həm müharibəyə, həm də Azərbaycana münasibəti kifayət qədər neqativ olduğuna görə, Azərbaycan hazırda onun üzərində işləyir ki, məhz Ermənistanın sülh istəmədiyini, sərhədin delimitasiya və demarkasiyasını istəmədiyini izah etsin. Odur ki, bu xoşumuza gəlsə də, gəlməsə də bu proseslərin içində olmalıyıq və heç bir halda “yox” deməməliyik”.
Başqa bir Ermənistan politoloqu – Benyamin Poqosyan isə deyib ki, Ermənistan Qarabağdakı ermənilərin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarında deyil. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağda xarici qoşunlar olmasa, böyük bir ehtimalla, Azərbaycan bu ərazini tutacaq. Poqosyanın fikrincə, belə şəraitdə erməni tərəfi diqqətini iki məsələdə cəmləşdiməlidir: Dağlıq Qarabağda xarici qoşunların daim olması üçün mümkün olan hər şeyi etmək və buradakı 3 min kvadrat kilometr ərazidə ermənilərin sayının azalmasına, heç olmasa, sürətlə azalmasına yol verməmək: “Diqqətimizi bu iki məsələdə cəmləşdirməliyik, qalanı bizim imkanımız xaricindədir”.
Əslində nə baş verib, Azərbaycan Brüsseldə planlaşdırılan görüşdən niyə imtina edib?
Paşinyanın haqqında bəhs etdiyi baş tutmayan görüş dünən Brüsseldə Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilməli idi. Amma Bakı bu görüşdən imtina etdi. Məlumatlı diplomatik mənbələrdən verilən məlumata görə, Bakının imtinasının real səbəbləri var. “Ermənistan tərəfi hər gün ziddiyyətli bəyanatlar verirsə, ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmindən danışmağa davam edirsə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürsə, o zaman görüşlərin keçirilməsinin nə mənası var? Və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatları yoxlanılmalıdır”, - deyə danışıqlar prosesi ilə tanış olan mənbə vurğulayıb.
Rəsmi Bakı Qarabağla bağlı danışıqların Minsk Qrupu formatında aparılmasının qəti əleyhinədir və öz mövqeyini ən yüksək səviyyədə bir neçə dəfə bəyan edib. Buna baxmayaraq, ABŞ vasitəçilərin prosesdə iştirakının, hətta Rusiya ilə bu məsələdə əməkdaşlığın vacib olduğunu bəyan edir.
Qısa xatırlatma:
İyunun 15-19-da regionda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan mediasına müsahibəsində bildirmişdi: “ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk Qrupunun həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”.
İyunun 23-24-də Bakıda səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ rəsmisinin bu təklifinə mənfi cavab verdi:
"ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. Bu, ABŞ və Fransanın təşəbbüsü ilə baş verib. Lakin, əlbəttə ki, biz postmünaqişə nizamlanması prosesini müzakirə etdik. Bu prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır".
Rusiyanın yüksək səviyyədə imtinasına baxmayaraq, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu öz Tvitter hesabında ATƏT-in Minsk Qrupu ilə bağlı bəyanat yayıb:
“ATƏT-in Minsk Qrupu həmsədrlərlə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıqlar aparıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz ATƏT-in Minsk Qrupunun işini bərpa etmək üçün səylərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) mövqeyində də kardinal dəyişiklik baş verib. Bu dəyişiklik Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın açıqlamasında görmək mümkündür: “Qarabağ ermənilərinin fikri nəzərə alınmadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil. Hesab edirəm ki, sonda Qarabağ erməniləri həllin bir hissəsi olmalıdır. Tamamilə aydındır ki, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmaya nail olmaqda əsaslı şəkildə maraqlıdırlar. Mən şəxsən görmürəm ki, bu adamların fikirləri və baxışları nəzərə alınmadan belə bir nizamlanmaya necə nail olmaq olar. Prezident Mişel açıqlamasında çox şey qeyd etməyib. Bu bəyanat həll edilməli olan bütün məsələləri əhatə etmədi. Amma fakt budur ki, biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Biz bu istiqamətdə işləyirik”.
Beləliklə, həm ABŞ-ın, həm də Aİ-nin mövqeyində rəsmi Bakının mövqeyi ilə diametral ziddiyətlər ortaya çıxıb. Nəticədə Hikmət Hacıyev Armen Qriqoryanla görüşdən imtina edib. Ehtimal ki, iyulda planlaşdırılan XİN rəhbərlərinin və İlham Əliyevlə Nikol Paşinyanın görüşü də sual atlındadır.
Rusiya fürsəti fövtə verməyib, dərhal dövrəyə girdi. Lavrovun regiona səfəri və Bakıda "Minsk Qrupu fəaliyyətini dayandırıb" bəyanatını verməklə Azərbaycanla mövqeyini uzalaşdırmağa və Brüssel formatını dayandırmağa çalışır. Hikmət Hacıyevin Qriqoryanla görüşə getməməsi göstərir ki, artıq yeni proses başlayıb.
Gözləyək, görək Rusiya mövqelərini bərpa etmək üçün tərəflərə nə verəcək? Alternativ yol çəkildikdən sonra Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi, şəhərin və kəndlərin boşaldılması barədə açıqlamalar ilk siqnal sayıla bilər. Paşinyan da təsdiq edib ki, həmin ərazilərdə yaşayan ermənilər köçürüləcək və dövlət onlara mənzil verəcək. Amma onların Rusiya sülhməramlılarının müvəqqəti qaldığı ərazilərə köçürülüb-köçürülməyəcəyi sual altındadır, Baş nazir də bu barədə dəqiqləşdirmə aparmayıb. Bir sözlə, qarşıda bizi yeni ziddiyyətlər və gərginliklər gözləyir. Təəssüf ki, Qərbin mövqeyi getdikcə daha çox Azərbaycanın maraqlarına qarşı çevrilməyə başlayıb və Moskva da yaranmış fürsətdən öz mənafeləri üçün istifadə etməyə çalışır...
Turqut