Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı

Britaniyalı pilot Stiv Freyzer Avropa üzərində uçan naməlum obyektlərlə (UNO) müntəzəm olaraq qarşılaşmasından danışıb.

Onun təəssüratları barədə "Metro" nəşri yazıb.

27 ildir mülki aviasiya sahəsində çalışan 48 yaşlı Stiv Freyzerin sözlərinə görə, son illər Avropa səmasında UNO-larla müntəzəm olaraq rastlaşıb. Xüsusilə, 2022-ci ildən bəri altı və ya yeddi dəfə, ən çox da Belçika, əsasən də Brüssel üzərində UNO-lar görüb.

Pilot bildirib ki, əvvəlcə səmadakı işıqları yanacaq dolduran hərbi təyyarələrlə səhv salıb, lakin onların sürəti və hərəkət trayektoriyası ona məlum olan heç bir uçan aparata uyğun gəlməyib.

"Mən bu işıqları uçuş zamanı gördüm və həmkarım da Litvadan qayıdarkən onları gördüyünü dedi. Biz onları eyni hava məkanında və təxminən eyni istiqamətdə görmüşük", - deyə o qeyd edib.