Britaniya Ukraynaya 120 min pilotsuz uçuş aparatı verəcək
16 Aprel 2026
Böyük Britaniya Ukrayna üçün indiyədək ən böyük dron tədarükü paketini elan edib, bu paketə bu il ən azı 120 min pilotsuz uçuş aparatının verilməsi daxildir.
Bu barədə Böyük Britaniya hökuməti xəbər verir.
Ölkənin müdafiə naziri Con Hili bildirib ki, tədarüklər artıq cari ayda başlayıb.
Yardım paketinə uzunmənzilli zərbə pilotsuz uçuş aparatları, kəşfiyyat dronları, logistik pilotsuz sistemlər, həmçinin dəniz pilotsuz vasitələri daxildir.
Qeyd olunur ki, onların hamısı artıq Ukraynada döyüş şəraitində sınaqdan keçirilib.
Hili vurğulayıb ki, Böyük Britaniya "sülhə nail olmaq üçün nə qədər lazım olsa, o qədər" Ukraynaya dəstək verməyə davam edəcək.