Logo
news content
User
Kateqoriyalar

Xəbər

Boris Conson Baş nazir olmaqdan imtina edib

Boris Conson yenidən Böyük Britaniyanın Baş naziri postuna namizəd olmaqdan imtina edib.

Bu barədə “Sky News” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Boris Consonun müttəfiqi, deputat Ceyms Dadric deyib ki, keçmiş diplomat Baş nazir postu üçün yarışmaq niyyətindədir.

Məlumata görə, keçmiş baş nazir bildirib ki, yetərli sayda deputatların dəstəyinə sahibdir: "Bu gecə mən təsdiq edə bilərəm ki, baş nazirlik postu üçün lazım olan səsdən də çox - 102 səsə sahibəm. Sabah öz namizədliyimi irəli sürə bilərəm. Seçkidə uğur qazanmağım üçün çox yaxşı şans var və həqiqətən də cümə günü “Downing Street”ə qayıda bilərəm".

Bununla yanaşı, parlamentdə vahid partiya olmadan səmərəli idarəçiliyin mümkün olmadığını deyən Conson nazmizədliyinin irəli sürülməsini düzgün hesab etməyib.