Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bolqarıstanın yeni prezidenti İliyana Yotova olacaq

Bolqarıstanda prezident seçkilərinin ikinci turunda protokolların 99,68 %-i emal edildikdən sonra ölkənin müvəqqəti prezidenti İliyana Yotova 57,6 % səslə qalib gəlir.

Bu barədə "Nova" agentliyi Bolqarıstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.

Yotova və Valçev seçici səslərinin 57,661 %-ni (ümumilikdə 1 091 206 səs) toplayıblar. Andrey Gyurov və Georgi Kandev cütlüyü 39,383 % səslə (745 303 səs) ikinci yeri tutur.

Andrey Gyurov artıq öz məğlubiyyətini qəbul edib.

Qeyd edək ki, oktyabrın 25-də keçirilən seçkilərin birinci turunun yekunlarına əsasən namizədlərdən heç biri səslərin yarısından çoxunu toplamamışdı - Yotova 34,76 %, Gyurov isə 31,94 % səs almışdı. Bu zaman seçici fəallığı rekord dərəcədə aşağı – 22 % təşkil edib. İliyana Yotova Bolqarıstanda prezident seçilən ilk qadın olacaq.