Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT-də Rusiyanın təcavüzünü pisləyən qətnamə qəbul edildi - FOTO

BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.

BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.

Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.

Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri səsvermənin nəticələrini dərc ediblər. Dərc edilən nəticələrdən görünür ki, Rusiya, Belarus, Suriya, Şimali Koreya və Eriteriya qətnamənin əleyhinə çıxıblar. Ermənistan bitərəf qalan 35 ölkə sırasına daxildir. Azərbaycan isə ümumiyyətlə səsvermədə iştirak etməyib.

Ukrayna prezidenti Volodimir Zelenski artıq sosial şəbəkə hesabında səsvermənin nəticələrini paylaşaraq, qətnamənin lehinə səs verən ölkələrə təşəkkür edib.