Blinkenin Bayramov və Mirzoyanla görüşünün vaxtı bəlli oldu
26 Sentyabr 2024
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də (Bakı vaxtı ilə 18:15-də) keçiriləcək.
Bu barədə Dövlət Departamentinə istinadən xəbər verir.
Dövlət katibi BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-York mehmanxanasında nazirləri toplayacaq.
Bu Blinkenin azərbaycanlı və erməni həmkarları ilə üç ay müddətdə ABŞ ərazisində ikinci üçtərəfli görüşü olacaq.
Üç diplomat sonuncu dəfə Vaşinqtonda keçirilən NATO sammiti zamanı bir araya gəliblər.