Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken: "Rusiya işğal etmək üçün döyüşür, Ukrayna sağ qalmaq uğrunda mübarizə aparır"

Çərşənbə axşamı ABŞ-ın baş diplomatı Entoni Blinken Rusiyanın Ukraynaya qarşı mübaribəsinin dayandırılmasını istəyən ölkələrə müraciət edərək, onları Putinə kömək etməyi son qoymağa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, ədalətli sülh tələb etməyə çağırıb.

"Bu gün bizim qarşımızda dayanan məsələ Rusiyanın nə edəcəyi deyil. Biz artıq bunu billirik. Putin ədalətsiz müharibəsini aparmağa davam edəcək", deyə Blinken BMT Təhlükəsizlik Şurasına bildirib. "Bizim qarşımızda dayanan məsələ bu şuranın üzvü olaraq Putinin müharibəsinə necə son qoya biləcəyimiz və bizim bütün ölkələrimizi daha təhlükəsiz edən beynəlxalq qaydaları və hüquqları necə möhkəmləndirə biləcəyimizdir".

Blinken müharibə aparması üçün Rusiyaya silah tədarük etdiklərinə görə Şimali Koreya və İranı tənqid edib.

İran Rusiyada PUA istehsal edən zavod tikib. Bir neçə həftə əvvəl o, Rusiyaya yüzlərlə qısa mənzilli ballistik raket verib və İranda Rusiya hərbiçilərinə bu silahın idarə edilməsi üzrə təlim keçib.

Eyni zamanda KXDR Rusiyaya qatarla ballistik raketlər, buraxma qurğuları və milyonlarla artilleriya mərmisi də daxil olmaqla, silah və döyüş sursatları tədarük edib.

Çin də Rusiyanın öz hərbi maşınının bərpası və təcavüzü davam etdirməsi üçün istifadə etdiyi cihazların, mikroelektronikanın və digər məhsulların ən böyük tədarükçüsüdür.

"Bəziləri soruşa bilərlər ki, niyə ABŞ və ya digər ölkə Ukraynaya silah verə bilər, amma Rusiyaya silah vermək olmaz? Burada böyük bir fərq var. Rusiya təcavüzkar, Ukrayna isə qurbandır", deyə Blinken bildirib.

"Rusiya işğal üçün mübarizə aparır. Ukrayna sağ qalmaq uğrunda mübarizə aparır. Ölkələr Rusiyanı dəstəkləməyə son qoysa Putinin hücumu tezliklə bitəcək. Ölkələr Ukraynanı dəstəkləməyə son qoysa Ukrayna bitə bilər", deyə Blinken qeyd edib.