Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bizim də düşmənimizdir, onların da - Zatulinin Ermənistana girişi qadağan edilib

Rusiya Dumasının deputatı Konstantin Zatulin Ermənistanda "persona non-qrata" elan olunub, bu ölkəyə girişi qadağan edilib.

Bu barədə oktyabrın 25-də “Haykakan Jamanak” qəzeti yazıb. Qeyd edək ki, vaxtilə bu qəzetə baş nazir Nikol Paşinyan rəhbərlik edib.

Qəzetin məlumatında deyilir ki, Zatulin öz müsahibələrində dəfələrlə İkinci Qarabağ Müharibəsində məğlubiyyətə görə Ermənistan hökumətini günahlandırıb.

“Üstəlik, Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə edərək  dəfələrlə deyib ki, Nikol Paşinyan getməlidir. Zatulin hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməkdə ittiham edib.

Zatulin Ermənistana son səfəri zamanı Paşinyanı Azərbaycana Ermənistanın suveren ərazisi vasitəsilə dəhliz verməkdə ittiham edib.

Qeyd edək ki, Zatulin Robert Köçəryanın dostu, Azərbaycan və Türkiyənin qatı düşmənidir. Məhz Zatulin Rusiya Dövlət Dumasında "1915-ci ildə erməni soyqırımı"nın tanınması haqqında sənədin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

O həmçinin Ermənistanın Rusiya siyasi elitasından olan tərəfdarlarının birləşdiyi "Lazarev Klubu" nun yaradılmasına təşəbbüs göstərib.

Konstantin Zatulin Ermənistana girişinin qadağan olunmasını təhqiramiz davranış adlandırıb.

Onun sözlərinə görə, Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin rəisi adından aldıqları məktub gözlənilməz olub: “Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır, açıqlamalarım Ermənistan Respublikasına ziyan vurur”.