Logo
news content
User
Kateqoriyalar

Xəbər

Birinci xanım tarixi - Kök haradan gəlir?

Birinci xanım – bu ifadə haradan gəlir?

Birinci xanım (First Lady) termini ABŞ-da prezidentin həyat yoldaşının qeyri-rəsmi titulu kimi meydana çıxıb. İddiaya görə, birinci xanım ifadəsinin kökü 1838-ci ildən – ilk prezident Corc Vaşinqtonun (1789-1797-ci illərdə hakimiyyətdə olub) xanımı Marta Vaşinqton barədə yazıdan gəlir.

Başqa mənbəyə əsasən, birinci xanım ifadəsini ilk dəfə 1849-cu ildə prezident Zakari Teylor sələflərindən Ceyms Medisonun (1809-1817-ci illərdə prezident olub) həyat yoldaşı Dolli Medison barədə işlədib.

ABŞ-da birinci xanım ifadəsinin işlək hala gəlməsinin tarixi Ceyms Bükenenin prezidentliyi dövrünə (1857-1861-ci illər) bağlanır. Ceyms Bükenen subay olub, prezident iqamətgahına – Ağ evə onun bacısı qızı, adı birinci xanım kimi hallanan Herriet Leyn sahibəlik edib.

1877-ci ildə Raterford Heysin prezidentliyi başlayanda onun çox populyar həyat yoldaşı Lüsi Uebb Heys mediada birinci xanım kimi təqdim olunub və o vaxtdan ənənə möhkəmlənib.

Tədricən başqa ölkələrin də qəbul etdiyi birinci xanım anlayışı adətən seçilmiş dövlət başçılarının həyat yoldaşına şamil olunur. Parlament idarə üsullu ölkələrdə baş nazirlərin həyat yoldaşı birinci xanım sayılır.

ABŞ-ın indiki prezidenti Cozef Baydenin xanımı Cill Baydendir. 1951-ci il təvəllüdlü Cill Cozef Baydenlə 1977-ci ildə ailə qurub. O, Cozef Baydenin ikinci həyat yoldaşıdır. Cozef Baydenin ilk həyat yoldaşı 1972-ci ildə qızı ilə birlikdə avtomobil qəzasında həlak olub. (Novator)