Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir milyondan çox ukraynalı Rusiyaya sürgün edilib

1 milyondan çox Ukrayna vətəndaşı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparılıb.

Ukrayna KİV xəbər verir ki, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova bildirib.

“1 milyon 185 mindən çox vətəndaşımız, o cümlədən 200 mindən çox uşaq qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə aparılıb”, - o deyib.