Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir gündə 5 təyyarə - Ukrayna Müdafiə Nazirliyi son durumu açıqlayıb

“Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar".

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“S-300" zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar "Su-30" və "Su-35" təyyarələridir. Həmçinin "Buk M-1" zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.

Ukraynanın "Su-25" hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Hərbi Hava Qüvvələrinin "Su-24m" təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanınsütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib”, - nazirlikdən bildirilib.