Bir araya gəlib, bir-birinin mahnısını oxudular - VİDEO
07 Oktyabr 2024
“Avroviziya” təmsilçilərimiz Aysel Teymurzadə və Safura Əliyeva bir araya gəliblər.
“Qafqazinfo” xəbər verir ki, onlar müsabiqədə oxuduqları “Always” və “Drip-drop” mahnısını ifa ediblər.
Həmin görüntüləri ifaçılar sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, Aysel Teymurzadə 2009-cu ildə Araşla, Safura Əlizadə isə 2010-cu ildə “Avroviziya”da ölkəmizi təmsil ediblər. Müsabiqədə Aysellə Araş 3-cü yeri, Safura Əlizadə 5-ci yeri tutub.