Logo
news content
User
Kateqoriyalar

Xəbər

Berlində erməni əsilli şəxs maşını şagirdlərin üstünə sürdü: Ölən və yaralananlar var - FOTO/VİDEO

Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb.

Hadisə Berlinin Şarlottenburq rayonunda, insanların sıx olduğu meydanda baş verib.

Nəticədə bir nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Almaniya polisi bunun qəsdən törədilə biləcəyini istisna etmir.

“Söhbətin bədbəxt hadisədən və ya qəsdən törədilmiş hərəkətlərdən getməsi hələlik məlum deyil. Əməliyyatçılar hadisəni törətdiyi güman edilən şəxsi yerindəcə saxlayıblar”, - deyə polisdən bildiriblər.

Artıq insanların üzərinə avtomobil sürən şəxsin kimliyi bəlli olub. Həmin şəxsin 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olduğu müəyyənləşib.

Hadisə zamanı ölən şəxs qadın müəllim, yaralanan şəxslər isə 15-16 yaşında şagirdlər olublar.