Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarus zirehli qoşunlarını Ukrayna sərhədindən geri çəkib - FOTO

Belarus hərbi texnikasının böyük əksəriyyətini sərhədyanı rayonlardan geri çəkib və daimi dislokasiya yerlərinə qaytarıb.

Bu barədə “Belaruskiy Gayun” monitorinq qrupu öz “Telegram” hesabında məlumat verib.

Qrupun məlumatına görə, Brest, Zyabrovka, Yelsk, Lelçis, İvanovo, Stolin, Lunins və Vitebskdən əsas qüvvələr geri çəkilib.

Qeyd edilir ki, əsasən zirehli texnikaların yeri dəyişdirilib.