Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramovla Mirzoyan Moskvada görüşməyəcəklər

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılmayıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Azərbaycanın xarici işlər naziri ilə ayrıca görüş nəzərdə tutulmayıb", - o bildirib.

Qeyd edək ki, Moskvada MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində bu gün Birliyin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.