Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
Nazir bildirib ki, Ararat Mirzoyanla ən son Bişkekdə bir sıra məsələlər üzərində fikir mübadiləsi aparılıb.