Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Paşinyana da məktub yazdı: "Azərbaycanla sülh müqaviləsini bu il başa çatdırın"

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.

Ermənistan mətbuatı xəbər verir ki, Bayden məktubda Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb.

Bayden deyib ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək.

“Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmağı seçdiniz. Mən sizi sazişi bu il yekunlaşdırmağa çağırıram”, - məktubda deyilir.

Baydenin sözlərinə görə, ABŞ administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır.

O qeyd edib ki, sülh sazişi Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verəcək, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin edəcək, bütün Cənubi Qafqaz regionunu transformasiya edəcək.