Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden orduya İran raketlərini vurmağı əmr edib

ABŞ Prezidenti Cozef Bayden ölkə ordusuna İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Bayden və vitse-prezident Kamala Harris Ağ Evdən İranın İsrailə hücumunu izləyir və komandasından mütəmadi olaraq yeniliklər alır”, - məlumatda qeyd olunur.

Ağ Evdən verilən məlumata o da qeyd olunub ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf olunmasında iştirak edib.

Qeyd edilir ki, ABŞ İranın zərbəsi nəticəsində İsraildəki hərbi və ya strateji hədəflərdə hər hansı ölüm olması və ya zərər dəyməsi barədə məlumatlı deyil. Ağ Ev bildirib ki, ABŞ İranın İsrailə hücumunu ciddi eskalasiya hesab edir və mümkün müvafiq, növbəti addımları öyrənir.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.