Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Messiyə “Azadlıq” medalı verəcək

ABŞ Prezidenti Co Bayden 19 nəfəri Prezidentin “Azadlıq” medalı ilə təltif edəcək

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mükafatçılar arasında ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton, amerikalı milyarder Corc Soros, futbolçu Lionel Messi və modelyer Ralf Lauren də var.

“Bu, Birləşmiş Ştatların rifahına, dəyərlərinə və ya təhlükəsizliyinə, dünya sülhünə və ya digər mühüm ictimai və ya özəl səylərə töhfələr vermiş şəxslərə verilən ölkənin ən yüksək mülki mükafatıdır”, - məlumatda qeyd edilib.