Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden İsrail və Səudiyyə Ərəbistanına səfərini dayandırdı - SƏBƏB

ABŞ Prezidenti Co Baydenin İsrailə və Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.

Bu barədə NBC telekanalı məlumat yayıb.

NBC-nin verdiyi xəbərə görə, ABŞ prezidentinin bu ayın sonuna planlaşdırılan İsrailə və Səudiyyə Ərəbistanına səfərləri iyul ayına qədər təxirə salınıb.

Bildirilib ki, Vaşinqton Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammiti də daxil olmaqla, daha əhatəli Yaxın Şərq səfəri planlaşdırır.

“Biz GCC+3 Sammiti üçün İsrail və Səudiyyə Ərəbistanına səfər üzərində işləyirik”, - Bayden administrasiyasının rəsmisi bildirib.

Rəsminin sözlərinə görə, ilkin vaxt iyula təyin olunsa da Baydenin səfərlərinin tarixləri yenidən dəyişə bilər.