Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Çin rəhbərinə zəng edib

ABŞ Prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında telefon danışığı təxminən 90 dəqiqə davam edib və qarşılıqlı hörmət mühitində keçib.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

C.Psaki bildirib ki, telefon danışığı 90 dəqiqəyə yaxın davam edib:

"Söhbət açıq olub, C.Bayden fikir ayrılıqları olan sahələrdən çəkinməyib, lakin söhbətin tonu irad tutmaq şəklində keçməyib. Söhbət hörmət mühitində keçib".

O əlavə edib ki, bu telefon zənginin məqsədi ünsiyyət kanallarının açıq saxlanması olub.