Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş Qərargah: "Çerniqov vilayətində Rusiyanın hərbi texnika karvanı dağıdılıb"

Ukraynanın Ərazi Müdafiə Silahlı Qüvvələri ölkənin Çerniqov vilayətində Rusiyanın hərbi texnika karvanını dağıdıb.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bir müddət əvvəl isə Xarkov vilayətində Rusiyanın hərbi texnika karvanının dağıdıldığına dair məlumat yayılmışdı. Bildirilib ki, Ukrayna hərbçiləri Xarkov ətrafında əks-hücuma keçib.

Vilayət dövlət administrasiyasının başçısı Oleq Sinequbov Rusiya hərbçilərinin Belqorod istiqamətində geri çəkildiklərini söyləyib və yerli sakinləri diqqətli olmağa çağırıb.