Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş Prokurorluq hərbi xidmətdən yayınma faktlarına qarşı mübarizə barədə

Baş Prokurorluq digər dövlət qurumları ilə birlikdə hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin pozulmasına, habelə bu sahədə korrupsiyaya qarşı mübarizəni davam etdirir.

Baş Prokurorluğun 14 oktyabr tarixli məlumatında deyilir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində bu sahədə pozuntulara dair materiallar yoxlanılıb.

Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələrilə cinayət işi başlanılıb, digər materiallar üzrə  araşdırma davam edir.

56 cinayət işi başlanılıb, 448 nəfər hərbi xidmət keçmək üçün göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşlarının barəsində 3 cinayət işi qaldırılıb.